Premyer Liqa: "Şamaxı" "Araz Naxçıvan"la heç heçə edib

Misli Premyer Liqasının VI turunda "Şamaxı" öz
meydanında "Araz Naxçıvan"la qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, görüş
1:1 hesabı ilə başa çatıb.
28-ci
dəqiqədə meydan sahiblərinin futbolçusu Rüfət Abbasov fərqlənib. 78-ci dəqiqədə
isə qonaqlardan Şarl Boli hesabı bərabərləşdirib.
"Araz
Naxçıvan" 11 xalla ikinci, "Şamaxı" 6 xalla səkkizinci pillədə
qərarlaşıb.
Turun
ötən gün keçirilən oyunlarında "Qarabağ" evdə "Qəbələ"yə
qalib gəlib - 2:0. "Zirə" isə səfərdə "İmişli" ilə heç-heçə
edib - 1:1.
19:20 27.09.2025
Oxunuş sayı: 1064