Ərdoğan Makronu məsxərəyə tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla söhbətində maraqlı an yaşadıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ərdoğan tərcüməçi vasitəsilə Makrondan halını soruşub. Fransa lideri isə cavabında “hər şey yaxşıdır” deyib.
Bundan sonra Ərdoğan tərcüməçiyə müraciət edərək ironiya ilə bildirib: “Deməli, olurmuş elə vaxtlar ki, onun hər şeyi yaxşıdır.”
21:16 25.09.2025
Oxunuş sayı: 915