Avropa Kuboku: Azərbaycan klubu Kipr təmsilçisinə qalib gəlib

Azərbaycanın "Abşeron Lions" basketbol
komandası Avropa Kubokunda ilk oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Erhan
Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda
Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin
qələbəsi ilə bitib.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş
oktyabrın 1-də Limassolda baş tutacaq.
21:13 24.09.2025
Oxunuş sayı: 946