Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək

Moskvada keçiriləcək Qlobal Atom
Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcək.Bu barədə
Kremlin mətbuat xidməti məlumat yayıb.
Crossmedia.az bildirir ki,forumda həmçinin
Belarus prezidenti Aleksandr Lukaşenko, Beynəlxalq Atom Enerjisi Agentliyinin
(MAQATE) baş direktoru Rafael Qrossi, digər ixtisaslaşmış təşkilatların o cümlədən
Misir ,İran ,Niger ,Özbəkistan nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan
parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Moskvada
Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüşün nəzərdə
tutulduğunu bildirmişdi.
Mənzər
Abışova
19:15 24.09.2025
Oxunuş sayı: 1149