“Hraparak”: Qafan hava limanı fəaliyyətini dayandırır

Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, Qafan hava limanı dörd ay müddətinə fəaliyyətini dayandıracaq. Bununla bağlı Qafan-İrəvan reyslərinin də icrası dayandırılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi izahata görə, təyyarə altı aylıq istismardan sonra məcburi texniki yenidən təchizat üçün dayanıb və hazırda onu əvəzləyəcək ikinci təyyarə mövcud deyil.
Mövzuyla bağlı müəyyən şübhələr də səsləndirilib. Bəzi iddialara görə, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ola bilər. Lakin təyyarənin sahibi olan ZPMK şirkəti bu ehtimalları qətiyyətlə təkzib edib. Şirkət bildirib ki, məsələ sırf texniki səbəblərlə bağlıdır və belə yenidən təchizat mütəmadi olaraq, bir neçə aydan bir həyata keçirilir.
Xatırladaq ki, İrəvan–Qafan aviareysi ilk dəfə 2023-cü il avqustun 21-də həyata keçirilib.
18:03 24.09.2025
Oxunuş sayı: 1001