Kreml: Rusiya ABŞ-la əməkdaşlığa açıqdır

Kreml ABŞ-la münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib. Rusiya rəsmilərinin sözlərinə görə, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin bərpası prosesi arzuolunandan daha ləng gedir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rusiya Xarici işlər naziri Sergey Lavrovun ABŞ senatoru Marko Rubio ilə görüşündə Ukraynadakı vəziyyətlə bağlı Moskvanın mövqeyini çatdıracağı vurğulanıb. Kreml Ukraynanın hər şeyi geri qaytara biləcəyi barədə iddiaları səhv hesab edir və cəbhədəki dinamikanın bunu təsdiqlədiyini bildirir.
Rusiya Prezidenti Vladimir Putin isə Ukraynada sülh yolu ilə nizamlanmaya hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, hazırkı vəziyyət 2022-ci ilin yazından fərqlidir və Kiyevin mövqeyi daha da pisləşib. “Əgər onlar razılaşmadan imtina etsələr, vəziyyət daha da ağırlaşacaq”, – deyə Putin qeyd edib.
17:53 24.09.2025
Oxunuş sayı: 1102