Taliban: ABŞ Baqram hava bazasını ələ keçirməkdə uğursuz olacaq

“Taliban” hökumətinin sözçüsü Zəbihulla Mücahid bildirib ki, Baqram hava bazası Əfqanıstanın suveren ərazisidir və Çin və ya Amerikaya aid deyil. O əlavə edib ki, Əfqanıstan xalqı öz torpaqlarında xarici qoşunların olmasına razı olmayacaq və amerikalılar əfqanlarla diplomatik və məntiqli davranmalıdır.
Crossmedia.az xarici KİV-ə istindən xəbər verir.
Ötən şənbə, ABŞ prezidenti Donald Trump sosial şəbəkədə bazanı geri qaytarmazsa, pis nəticələrin olacağını açıqlayıb. Mücahid isə buna cavab olaraq, Vaşinqtonun bazanı nəzarət altına almasının “qeyri-mümkün” olduğunu vurğulayıb.
17:46 24.09.2025
Oxunuş sayı: 3249