Soydaşımız beynəlxalq yarışın qalibi olub


Türkiyənin Samsun şəhərində keçirilən "Kikboksinq" idman növü üzrə K-1 kateqoriyalı beynəlxalq yarışda Marneulidən olan soydaşımız Firuddin Tanrıverdiyev birinci yerin sahibi olub.
Crossmedia.az xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Özbəkistan, Əfqanıstan və digər ölkələrdən 50-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.
67 kq çəki dərəcəsində yarışan Firuddin Tanrıverdiyev finalda türkiyəli rəqibinə texniki nokautla qalib gəlib.
Qeyd edək ki, Firuddin Tanrıverdiyev indiyədək bir sıra ölkədaxili və beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanıb.
14:32 24.09.2025
Oxunuş sayı: 785