Ərdoğan: Ukraynada müharibənin tezliklə bitəcəyinə inanmıram

Mən çox da inanmıram ki, Ukraynada müharibə tezliklə başa çatacaq. Bu, yaxşı xəbər deyil
Crossmedia.az xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Türkiyə lideri həmçinin Avropanın Ukraynaya iqtisadi dəstəyi sonsuz davam etdirə biləcəyinə şübhə etdiyini söyləyib. Onun sözlərinə görə, Kiyev iqtisadi baxımdan Moskva ilə rəqabət apara bilmir.
“Biz ümid edirik ki, bu dəstək davam edəcək”, – Ərdoğan əlavə edib.
Nihat Tahirov
12:57 23.09.2025
Oxunuş sayı: 3784