Danimarka hava məkanına daxil olmuş dronların heç birini vura bilməyib

Danimarka dünən hava məkanına daxil olmuş dronların heç birini vura və ya tuta bilməyib.
Crossmedia.az xəbər verir ki, dronlar Kopenhagen hava limanı və şəhərin bir neçə girişinə qədər gəlib sonra isə yoxa çıxıblar.
Kopenhagen polis komissarının köməkçisinin müavini Yakob Hansen pilotsuz təyyarələrin növünü və mənşəyini müəyyən etmək üçün araşdırmalara başlanıldığını bildirib.
Dronlar yoxa çıxdı və biz onların heç birini ələ keçirməmişik. Dronların Rusiya mənşəli olub-olmadığını soruşduqda Hansen bunu nə təsdiq, nə də təkzib edə bilməyəcəyini deyib. Bu dronların haradan gəldiyi və hara yönəldiyi məlum deyil”.
Oslo hava limanı da yerli vaxtla gecə yarısı başqa bir pilotsuz təyyarənin aşkarlanmasından sonra hava məkanını bağlayıb. Hər iki ölkənin polisi insidentlərin əlaqəli olub olmadığını müəyyən etmək üçün birlikdə çalışdıqlarını təsdiqləyib. Lakin dronları tutmaq və ya vurmaq mümkün olmayıb.
- The Telegraph
11:17 23.09.2025
Oxunuş sayı: 3047