AEBA rəhbəri Əraqçı ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin 🇺🇳 Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İran nümayəndəliyində ölkənin xarici işlər naziri Abbas Əraqçı ilə görüşü baş tutub.
Crossmedia.az xəbər verir ki, görüşdə İran-AEBA qarşılıqlı əlaqələrinin son vəziyyəti nəzərdən keçirilib. Ölkənin xarici işlər naziri İranın nüvə məsələsində xoşməramlı və məsuliyyətli yanaşmasına toxunaraq bildirib ki, bu istiqamətdə hər hansı irəliləyiş digər tərəflərin də məsuliyyəti öz üzərinə götürməsi və həddindən artıq tələblərini dayandırması və Təhlükəsizlik Şurasından sui-istifadə edərək İrana təzyiq göstərməsindən asılıdır.
AEBA-nın baş direktoru həmçinin İranın Agentlik, xüsusilə Qahirə Anlaşması ilə qarşılıqlı əlaqədə müsbət yanaşmasını yüksək qiymətləndirib və gərginliyin artmasının qarşısını almaq üçün bütün müvafiq tərəflərin diplomatik imkanlardan istifadə etməsinin vacibliyini vurğulayıb.
10:34 23.09.2025
Oxunuş sayı: 2951