Tom Barak: ABŞ Hizbullaha qarşı döyüşməyəcək

Vaşinqton Hizbullah ilə hərbi münaqişəyə girmək niyyətində deyil.
Crossmedia.az xəbər verir ki,bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
"Biz Hizbullaha qarşı nə öz qüvvələrimizlə, nə də ABŞ Mərkəzi Komandanlığı vasitəsilə hərəkət etməyəcəyik”, o qeyd edib.
Onun sözlərinə görə, 🇮🇱 İsrail təzyiqlərə baxmayaraq, Livanın cənubundakı bir sıra strateji mövqelərini tərk etmək niyyətində deyil. O, həmçinin vurğulayıb ki, “Beyrut Hizbullahı tərksilah etmək üçün siyasi iradə nümayiş etdirməlidir”.
Barak bildirib ki, təşkilat hər ay xarici mənbələrdən təxminən 60 milyon dollar alır ki, bu da onun hərbi və iqtisadi potensialını gücləndirir.
"Hizbullah bizim düşmənimizdir, İran da düşmənimizdir. Biz bu ilanların başını əzib, onların maliyyəsini kəsməliyik", - diplomat əlavə edib.
10:31 23.09.2025
Oxunuş sayı: 3333