Fransa Fələstin dövlətini rəsmən tanıyıb

Fransa Prezidenti Emmanuel Makron Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Andorra Knyazlığının xarici işlər naziri İmma Tor Faus BMT Baş Assambleyasında müstəqil Fələstin dövlətini rəsmən tanıdıqlarını elan edib.
Daha dörd Avropa ölkəsi – Belçika, Lüksemburq, Monako və Malta – Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. Konfrans Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsü ilə keçirilib.
Belçikanın Baş naziri Aleksander De Kro, ölkəsinin Fələstini tanıma qərarının yalnız bütün girovların azad olunması və HƏMAS-ın tərksilahı şərtilə qüvvəyə minəcəyini bildirib.
Bundan əvvəl, Kanada, Avstraliya, Britaniya və Portuqaliya da bazar günü Fələstin dövlətini tanıdığını açıqlayıb.
10:03 23.09.2025
Oxunuş sayı: 3717