Polşanın XİN Rusiyaya xəbərdarlıq edib: “Məhv olunacaq”

NATO hava məkanına daxil olacaq istənilən Rusiya obyekti məhv ediləcək.
Crossmedia.az xəbər verir ki, bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.
O, NATO hava məkanına daxil olacaq istənilən Rusiya obyekti məhv ediləcəyini qeyd edib: “Əgər növbəti raket və ya başqa bir obyekt bizim hava məkanımıza, istər qəsdən, istərsə də təsadüfən, daxil olarsa və vurularaq qalıqları NATO ərazisinə düşərsə, bundan sonra gəlib burada şikayət etməyin. Sizə əvvəlcədən artıq xəbərdarlıq edirik”.
Elmir Heydərli
23:53 22.09.2025
Oxunuş sayı: 749