İran və Rusiya yeni nüvə elektrik stansiyalarının tikintisinə hazırlaşır

İran və Rusiya bu həftə 8 yeni nüvə elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq sənədi imzalayacaq. Bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Moskvaya səfəri zamanı verib.
Crossmedia.az "Tasmin.news"a istinadən xəbər verir.
Eslami bildirib ki, sənədlərin imzalanması prosesi Ümumdünya Atom Həftəsi çərçivəsində keçiriləcək Dünya Atom Enerjisi Sərgisində baş tutacaq. O, əlavə edib ki, danışıqlar artıq yekunlaşıb və müqavilələrin imzalanması bu həftə gözlənilir.
Yeni stansiyaların tikintisi İranın 2040-cı ilə qədər nüvə enerjisində 20 qiqavat quraşdırılmış gücə çatmaq strategiyasının bir hissəsidir.
18:16 22.09.2025
Oxunuş sayı: 2934