Türkiyə pilotları NATO Days Çexiyada “ən yaxşı nümayiş uçuşu” mükafatını qazandı

Türkiyə Hərbi Hava Qüvvələrinin pilotaj qrupu “Turkish Stars” Çexiyada keçirilən NATO Days in Ostrava & Czech Air Force Days beynəlxalq hava şousunda ən yaxşı nümayiş uçuşu mükafatına layiq görülüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu il tədbirdə 17 ölkədən nümayəndələr iştirak edib. Türkiyə pilotları NF-5A və NF-5B təyyarələri ilə yüksək səviyyəli mürəkkəb pilotaj manevrlərini nümayiş etdiriblər.
Şou zamanı “Turkish Stars” komandası öz təcrübəsi və dəqiqliyi ilə izləyicilərdən böyük maraq və alqış toplayıb.
18:12 22.09.2025
Oxunuş sayı: 3076