İsrail Misirin hərbi gücünü artırmasından narahatdır
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına müraciət edərək, Misirə təzyiq göstərilməsini və Sinay yarımadasında hərbi gücünü artırmağı azaltmasını tələb edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi şəxslər bu addımı “çox ciddi” adlandıraraq bildiriblər ki, Netanyahu hökumətinin 2022-ci ilin sonunda formalaşmasından bəri bu məsələ ciddi fikir ayrılığına səbəb olub.
İsrail tərəfi Misirin bölgədəki hərbi potensialını mümkün hücum təhlükəsi kimi qiymətləndirir.
17:42 22.09.2025
Oxunuş sayı: 2783