Ermənistan müdafiə naziri Yerablur sualına cavab verməkdən yayınıb
Sentyabrın 21-də “Yerablur” qəbiristanlığında olmaması ilə bağlı suala Ermənistanın müdafiə naziri Suren Papikyan cavab verməyib.
Crossmedia.az "NEWS.am"a istinadən xəbər verir ki, NATO Parlament Assambleyasının 108-ci “Rouz-Rot” seminarı çərçivəsində jurnalistlər Papikyana belə sual ünvanlayıblar:
“Niyə sentyabrın 21-də “Yerablur”a getmədiniz? Hakimiyyətdən heç kim orada yox idi”.
Papikyan yalnız belə cavab verib:
“İzlədinizmi, mən nə vaxt Ermənistanda olmuşam, nə vaxt olmamışam?”
Daha sonra jurnalistin “Sentyabrın 21-də İrəvanda deyildiniz?” sualına isə cavab vermədən uzaqlaşıb.
17:20 22.09.2025
Oxunuş sayı: 2615