Ruben Rubinyan: Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma tarixi fürsətdir
Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına və ratifikasiya ediləcəyinə ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir kız bu barədə erməni KİV-i məlumat yayıb.
Rubinyan həmçinin Türkiyə ilə münasibətlərə də toxunaraq, onların Ermənistanın xarici siyasətində prioritetlərdən biri olduğunu vurğulayıb:
“Bu tarixi fürsəti əldən vermək olmaz. Münasibətlərin normallaşması yalnız regiona sabitlik və rifah gətirməyəcək, həm də göstərəcək ki, köhnə münaqişələri dialoq və diplomatiya vasitəsilə aradan qaldırmaq mümkündür.”
O, Türkiyənin Ermənistanın hazırkı iradəsinə cavab verəcəyinə ümid etdiyini deyib:
“Biz diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına indi hazırıq.”
Rubinyan əlavə edib ki, Ermənistanın təhlükəsizlik strategiyası onilliklər boyu yalnız bir mərkəzdən asılı olub və bu, çoxsaylı problemlər yaradıb. Hazırda isə bu strategiyanın diversifikasiyası üzərində işləyirlər.
17:18 22.09.2025
Oxunuş sayı: 2789