Tbilisi meri: Fransa yenidən ikili standartlar nümayiş etdirir

Tbilisi meri Kaxa Kaladze Fransanın ikili standartlardan çıxış etdiyini bildirib. Gürcü mediasının məlumatına görə, o, ABŞ-ın Fransadakı səfiri Çarls Kuşnerin açıqlamasına və Fransa Prezidenti Emmanuel Makronun reaksiyasına münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Kuşner Parisin antisemitizmlə mübarizə aparmadığını qeyd etmiş, Makron isə bu bəyanatı “diplomat üçün yolverilməz” adlandıraraq səfiri diplomatiya qaydalarına əməl etməyə çağırmışdı.
Kaladze isə bunları deyib:
“Bəzi şəxslər təsəvvür edirlər ki, istədiklərini edə və suveren dövlətin daxili işlərinə qarışa bilərlər. Amma özləri eyni problemlə üzləşəndə dərhal təəccüblənirlər ki, necə olur başqa dövlətin daxili işlərinə müdaxilə edilir.”
16:56 22.09.2025
Oxunuş sayı: 1249