Suriya Prezidenti 60 ildən sonra ilk dəfə BMT Baş Assambleyasına qatıldı
Suriya Prezidenti Əhməd Əş-Şərraa Nyu-Yorka gələrək BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək. Al Arabiya-nın məlumatına görə, o, 1967-ci ildən bəri BMT tribunasında çıxış edən ilk suriyalı lider olacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezidentin ABŞ-a səfərinin əsas məqsədi Əsədlər dövründə tətbiq olunmuş sanksiyaların tam ləğvinə nail olmaqdır.
Bundan başqa, Əş-Şərraa ABŞ vasitəçiliyi ilə İsraillə təhlükəsizlik sahəsində razılaşma əldə etmək məsələsini də gündəliyinə daxiledib.
16:52 22.09.2025
Oxunuş sayı: 2966