Ukrayna kəşfiyyatı Krımda iki rus təyyarəsini məhv etdi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) ilk dəfə olaraq Rusiyaya məxsus iki Be-12 “Çayka” amfibiya təyyarəsini məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Məlumata görə, 21 sentyabrda Krım ərazisində HUR-un “Prizraki” (Xəyallar) adlı xüsusi təyinatlı dəstəsi hücum həyata keçirib və iki ədəd Be-12 təyyarəsini vurub.
“Bu, Be-12-lərin tarixdə ilk məhv edilməsidir”, – deyə Ukrayna kəşfiyyatında bildirilib.
Hücum zamanı həmçinin Rusiyanın çoxməqsədli Mi-8 helikopteri də sıradan çıxarılıb.
16:39 22.09.2025
Oxunuş sayı: 2919