Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstanla əməkdaşlıq edir
Ermənistan Müdafiə Naziri Suren Papikyan bildirib ki, ölkənin müdafiə idarəsi ABŞ və Fransadan ixtisaslaşmış məsləhətlər alır, bir sıra sahələrdə isə Yunanıstan onlara kompleks yardım göstərir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, hazırkı mərhələdə əsas diqqət yeni model üzrə strategiya sənədlərinin hazırlanmasına, həmçinin təhsil və təlim imkanlarının inkişafına yönəldilib.
16:24 22.09.2025
Oxunuş sayı: 3215