Azərbaycan paraüzgüçüsü Sinqapurda dünya çempionu olub

Azərbaycanın üç qat
paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı
paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub.
Bu barədə Crossmedia.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı yarışın ilk günündə 100 metr
məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.
Qeyd edək ki, dördüncü dəfə dünya
çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr
məsafəyə sərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst
üzmə üsullarında da mübarizə aparacaq.
17:06 21.09.2025
Oxunuş sayı: 748