Premyer Liqa: "Sabah" "Turan Tovuz"u məğlub edib

Misli Premyer Liqasının V turunda "Sabah" "Turan Tovuz"u məğlub edib.
Crossmedia.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Velko Simiç (56) və Pavol Şafranko( 90+7-pen) vurublar.
21:58 20.09.2025
Oxunuş sayı: 1017