Maks Ferstappen Bakıdakı sıralama turu keçdiyini düşünür

"Red Bull" komandasının pilotu Maks Ferstappen Azərbaycan Qran-prisində sıralama turunun çətin keçdiyini söyləyib.
Crossmedia.az xəbər verir ki, üç sessiyanın yekununda birinci olan niderlandlı sürücü hazırkı çıxışından məmnun olduğunu bildirib.
O, sıralama turunun hamı üçün asan olmadığını sözlərinə əlavə edib:
"Sıralama turu çətin keçdi. Çünki çox qırmızı bayraq qaldırıldı. Təkərlər də tam hazır olmurdu. Üçüncü sessiyada yağış başladı və mən risk etməli idim".
Qeyd edək ki, Maks Ferstappen sıralama turunu birinci pillədə başa vurub. Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 21-də olacaq.
18:16 20.09.2025
Oxunuş sayı: 662