Bu il Azərbaycana İsveçrədən investisiya axını əhəmiyyətli dərəcədə artıb

Cari ilin ilk altı ayı ərzində İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 226,6 milyon dollar təşkil edib.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 202,2 milyon ABŞ dolları və ya 9,3 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrənin payı 7 faiz təşkil edib.
2024-cü ilin ilk 6 ayı ərzində İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 24,4 dollara bərabər olub.
Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ dollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faiz çoxdur.
18:03 20.09.2025
Oxunuş sayı: 720