Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı işğaldan azad olunmuş ərazilərdə qastrol konsertləri təşkil edilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı işğaldan azad olunmuş ərazilərdə qastrol konsertləri təşkil edilib.
Crossmedia.az xəbər verir ki, 17 sentyabrda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri çıxış edib. Orkestrin dirijoru Xalq artisti Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına Uvertüra, “Arşın mal alan”dan seçilmiş parçalar və Feliks Mendelsonun “İtalyan simfoniyası” səsləndirilib.
Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Xankəndidə belə bir konsertin keçirilməsini tarixi hadisə adlandırıblar.
Qeyd edək ki, qastrol proqramı 18 sentyabrda Şuşada da davam edib.
21:22 18.09.2025
Oxunuş sayı: 828