Şamaxıda Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd edilib

Milli Musiqi Günü münasibətilə Şamaxı rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.
Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş danışıblar.
Sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinin ifasında ibarət konsert proqramı təqdim olunub.
18:21 18.09.2025
Oxunuş sayı: 726