Bakıda ödənişli xidmətlərin dəyəri 11 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 887,8 milyon manat olub.
Bu barədə Crossmedia.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə real ifadədə 10,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 329,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 88,6 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,3 % artaraq 8 milyard 75,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 74,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ini təşkil edib.
13:48 17.09.2025
Oxunuş sayı: 777