Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirildi

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilir.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılıb.
12:57 17.09.2025
Oxunuş sayı: 643