İsrail BMT komissiyasının “soyqırımı” iddialarını rədd etdi

İsrail Xarici İşlər Nazirliyi Fələstin xalqına qarşı Qəzza zolağında “soyqırımı” törədilməsi ilə bağlı iddiaların yer aldığı BMT-nin müstəqil beynəlxalq komissiyasının hesabatını kəskin şəkildə rədd edib. Rəsmi bəyanatda sənəd “HƏMAS-ın yalanı” adlandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail tərəfinin mövqeyinə görə, bu hesabatı hazırlayan komissiya dərhal buraxılmalıdır.
“Hesabat tamamilə HƏMAS-ın uydurduğu və dəfələrlə təkrarlanan yalanlara əsaslanır. Bu iddialar artıq müstəqil və dərin elmi araşdırmada – İsrailin Bar-İlan Universiteti nəzdində fəaliyyət göstərən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi (BESA) tərəfindən – təkzib olunub. Soyqırımı ilə bağlı bütün ittihamlar bir-birinə cavabsız buraxılıb. Lakin sənədin müəllifləri BESA-nın açıq nəticələrini nəzərə almağa belə cəhd etməyiblər”, – deyə İsrail XİN-in açıqlamasında qeyd olunur.
Qeyd edək ki, BMT-nin yeni hesabatında komissiya İsraili və digər ölkələri beynəlxalq hüquq qarşısında öhdəliklərini yerinə yetirməyə, “soyqırımına son qoymağa” və məsul şəxsləri cəzalandırmağa çağırıb.
Fatimə Məmmədova
09:25 17.09.2025
Oxunuş sayı: 914