Sfinksin yanında 45 milyon illik timsah tapıldı
Misirdə Böyük Sfinksin və Giza piramidalarının tikintisində istifadə olunan eyni süxur qatında təxminən 45 milyon il əvvəl yaşamış yeni timsah növü aşkar edilib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Paleontoloqlar Misirin şimalındakı Mokatam formasiyasında aşkar edilən fosilləri araşdıraraq yeni timsah növünü müəyyənləşdiriblər. Həmin ərazidə milyonlarla il əvvəl dayaz dəniz olub və burada balıqlar, köpəkbalıqları və ilkin balinalar da daxil olmaqla müxtəlif dəniz canlılarının qalıqları qorunub.
Mokatam formasiyasının əhəngdaşı qədim misirlilər tərəfindən Böyük Sfinks və Giza piramidaları da daxil olmaqla məşhur tikililərin inşasında istifadə olunub.
Alimlərin araşdırdığı əsas fosillərdən biri 1920-ci illərdə tapılmış, demək olar ki, tam timsah kəlləsidir. Kəllənin burun hissəsinin ucunun olmaması Böyük Sfinksin burnunun itkin olması ilə diqqətçəkən oxşarlıq yaradıb.
Bu təsadüfi oxşarlıq alimləri yeni timsah cinsini Misirin qədim tanrısı Horusun adı ilə “Herugavialis” adlandırmağa ilhamlandırıb.
08:50 08.10.2026
Oxunuş sayı: 64