Türkiyə SDF-ə qarşı hərbi əməliyyatlara dəstək verə bilər

Türkiyə SDF-ə (Suriya Demokratik Qüvvələri) qarşı hərbi əməliyyatlara dəstək verməyə hazırlaşır. Bildirilir ki, Ankara səbrini tükətmək üzrədir və lazımi addımlar atmağa meyillidir.
Crossmedia.az bildirir ki, Dəməşq Ankaradan əməliyyatın təxirə salınmasını xahiş edib və danışıqlara üstünlük verilməsini istəyib. Türkiyə isə qarşılığında Suriya ordusuna hərbi təlim və sursat dəstəyi göstərməyə razılıq verib. Məlumata görə, Dəməşqin ilin sonuna qədər vaxtı var, ABŞ prezidenti Donald Tramp isə Türkiyəyə “kürd məsələsini həll etməkdə sərbəstlik” tanıyıb.
Xatırladaq ki, 10 martda Suriya rəhbərliyi SDF-in inteqrasiyası ilə bağlı razılaşma imzalayıb. Lakin kürd qüvvələrinin bu istiqamətdə atdığı addımlar hələ də ziddiyyətli siqnallar verir.
20:58 16.09.2025
Oxunuş sayı: 657