NATO missiyası genişlənə bilər

Britaniyanın "Tayfun" qırıcı təyyarələri Polşa üzərində pilotsuz uçan aparatları vurmağa hazırdır
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Böyük Britaniyanın müdafiə naziri Con Gil deyib ki, “Tayfunlar” NATO-nun şərq cinahında patrullara qoşulacaq və polyakların həyatını təhlükəyə atsalar Rusiya pilotsuz təyyarələrini məhv etməyə hazır olacaqlar.
Onun sözlərinə görə, lazım gələrsə, missiya Rumıniyaya qədər genişləndirilə bilər.
20:54 16.09.2025
Oxunuş sayı: 632