Vaxtdır!: Türkiyə İsrailə müharibə elan edə bilər

İsrailin Qəzzadakı HƏMAS heyətini hədəf
almasından sonra Yaxın Şərqdəki gərginlik daha mürəkkəb fazaya daxil olub. Qətər
Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin
Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh
üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır.
Təbii ki, bu prosesdə
Türkiyə faktoru xüsusilə ön plana çıxır. İsraillə HƏMAS arasında davam edən
müharibə ilə bağlı indiyədək konkret mövqe ortaya qoyan rəsmi Ankara bundan
sonra necə davranacaq?
Bu barədə
Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov bildirib ki,
Türkiyənin İsrailə müharibə elan etməsi mümkündür: “Rəsmi Ankara preventiv
addım ataraq hərəkətə keçə bilər. Beləliklə, bölgədə böyük savaşın başlanması
mümkündür. Məsələ burasındadır ki, İsrail Dohaya hücumu ABŞ ilə razılaşdırdığını iddia
etsə də, əslində bu, olmayıb. Elə buna görə də Ağ Ev rəhbəri Donald Tramp
konkret danışmır, qeyri- müəyyən açıqlamalar verir. Düşünürəm ki, Türkiyənin İsrailə mümkün
hücumuna ABŞ reaksiya verməyəcək. Ankara bu fürsətdən istifadə edə bilər. İndi
vaxtdır”.
Müsahibimiz bildirib
ki, Türkiyə İsrailə müharibə elan edərsə, Azərbaycan neytral qalacaq.
Kənan Novruzov
15:51 10.09.2025
Oxunuş sayı: 2311