Hesablama Palatası: Ötən il dövlət əsaslı vəsait qoyuluşu hesabına əsasən yeni layihələr maliyyələşdirilib

2024-cü ildə Azərbaycan dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 40 sifarişçi qurum üzrə 374 layihə maliyyələşdirilib.
Crossmedia.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, bu layihələrdən 135-i yeni, 239-u isə keçid layihəsi olmaqla, onların maliyyələşdirilməsi icra edilmiş ümumi vəsaitin müvafiq olaraq 31,9 %-ni və 68,1 %-ni təşkil edib ki, bu da əvvəlki illə müqayisədə keçid layihələrinə deyil, yeni layihələrə üstünlük verildiyini aydın göstərir.
Maliyyələşdirilmiş layihələrdən başa çatmış 74 layihəyə illik dövlət əsaslı vəsait qoyuluşunun 20,1 %-i həcmində, yəni 551,9 milyon manat vəsait xərc edilib ki, bu da yeni və keçid layihələri əhatə etməklə əvvəlki illə müqayisədə 12,3 % artıb. Başa çatmış layihələrdə vəsait baxımından əsas payı 72,5 %-lə nəqliyyat infrastrukturu əhatə edib. Say baxımından isə 41,9 %-ni avtomobil yolları, 18,9 %-ni təhsil infrastrukturu, 9,5 %-ni suvarma və irriqasiya işləri, 29,7 %-ni isə digər sahələr təşkil edib.
17:24 09.09.2025
Oxunuş sayı: 1059