Pezeşkian: «Bir kəmər, bir yol» təşəbbüsü qlobal inkişaf və sülh üçün yeni imkanlar yaradır

Bu gün İran prezidenti Məsud Pezeşkian Çinin CCTV telekanalına müsahibəsində “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
“BRİKS sammitində mühüm məsələlər müzakirə olunub və razılaşdırılmış çərçivələr həyata keçirilərsə, ölkələr arasında ticarət xeyli asanlaşacaq. Bir kəmər, bir yol təşəbbüsü Çinin strateji planıdır və bu yol vasitəsilə ölkələr təcrübə mübadiləsi apara, həm də qlobal inkişaf və sülhə töhfə verə bilərlər”, - deyə, Pezeşkian qeyd edib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, bu təşəbbüs yalnız iqtisadi əməkdaşlıq deyil, həm də qlobal təhlükəsizlik və ədalətli inkişaf üçün yeni model təqdim edir.
16:14 02.09.2025
Oxunuş sayı: 1036