Venesuela prezidenti Trampdan görməməzlikdən gəlməyi xahiş edib

Venesuela prezidenti Maduro ABŞ prezidenti Trampa şəxsi məktub göndərib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin kəşfiyyat xidmətlərini, ordunu və ən əsası Karakasda rejimin dəyişdirilməsini dəstəkləyən ABŞ dövlət katibi Marko Rubionu görməməzliyə vurmağa çağırıb.
Bundan əlavə, Maduro Trampdan Venesuelaya qarşı hərbi əməliyyatlara əl atmamağı xahiş edib və bunun əvəzinə hər iki ölkənin birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə son qoymaq üçün işləyə biləcəyini vurğulayıb.
15:28 02.09.2025
Oxunuş sayı: 1006