Suriya neft ixracını bərpa edib

Suriya 14 ildən sonra ilk dəfə Tartus limanından 600 min barel ağır xam neft ixrac edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaş müharibəsindən əvvəl, 2011-ci ilə qədər, neft ölkənin ÜDM-nin 20 faizini, ixracatının yarısını və dövlət gəlirlərinin 50 faizdən çoxunu təşkil edirdi.
2010-cu ildə ölkə gündəlik 390 min barel neft hasil edirdi, lakin 2023-cü ildə bu göstərici kəskin azalaraq təxminən 40 min barelə düşüb.
15:22 02.09.2025
Oxunuş sayı: 1105