Urmiyada türkcə yer adları bərpa edilir

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri və ətraf kəndlərində qədim türk mənşəli yer adlarının bərpasına başlanılıb.
Crossmedia.az-ın məlumatına görə, bu addım yerli əhali və milli-mədəni fəalların etirazları və bələdiyyəyə müraciətləri nəticəsində mümkün olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Nazlı yolu”, “Günəş”, “Tarla yolu”, “Ulduz” kimi türkcə adların əks olunduğu lövhələrin yenidən qurulduğu görünür.
Qeyd edək ki, son illər Güney Azərbaycanda türk yer adlarının farslaşdırılması və təhrifinə qarşı etirazlar artmaqdadır. Bu bərpa prosesi həmin çağırışların nəticəsi kimi dəyərləndirilir.
18:33 01.09.2025
Oxunuş sayı: 890