Ermənistanda arxiyepiskopun həbsi tələb olunub

Ermənistanda prokuror Vaan Arutyunyan Şirak yeparxiyasının rəhbəri, erməni kilsəsinin arxiyepiskopu Mikael Acapaxyanın təqsirli bilinməsini və məhkəmənin ona qarşı ittiham hökmü çıxarmasını tələb edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, prokuror beş ilədək həbs cəzası istənildiyini açıqlayıb.
Məlumata görə, Ümumi Yurisdiksiya Məhkəməsində ittiham tərəfinin Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi üzrə – kütləvi informasiya vasitələrindən istifadə etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə çağırışlar – ilə bağlı vəsatətin müzakirəsi başa çatıb.
Prokuror bildirib ki, arxiyepiskopun hakimiyyətin zorla ələ keçirilməsinə dair açıq çağırışları ictimaiyyətə təqdim olunub və 40 mindən çox insan tərəfindən izlənilib. Onun sözlərinə görə, ittiham tərəfi Acapaxyanın təqsirini sübut edən kifayət qədər dəlillər təqdim edib.
Nicat Rüstəmzadə
17:59 28.08.2025
Oxunuş sayı: 920