Almatıda forum ətrafında qalmaqal: Poznerin dəvəti narazılıq yaratdı

Sentyabrın 26-da Almatıda keçiriləcək beynəlxalq “Be Woman” forumuna rusiyalı televiziya aparıcısı Vladimir Poznerin dəvəti Qazaxıstanda narazılıqla qarşılanıb.
Crossmedia.az xəbər verir ki ,bu barədə xarici KİV məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri və politoloq Ruslan Tüsupbekov xatırladıblar ki, Pozner vaxtilə Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyib. Onların sözlərinə görə, belə mövqeyə sahib şəxsin forumda iştirakı yolverilməzdir.
Tüsupbekov bildirib:
“Biz unutmamışıq ki, o, Rusiya tərəfindən Krımın ilhaqını və Ukraynanın NATO-ya qoşulması məsələsini dəstəkləyib. Qazaxıstanda Rusiya aqressiyasını müdafiə edənlərə yer yoxdur. Sabah Ukraynanın vəziyyətində Qazaxıstan da ola bilər. Bu, bizim vətəndaş mövqeyimizdir”.
O əlavə edib ki, daha əvvəl də Qazaxıstanda Kreml siyasətini açıq dəstəkləyən sənətçilərin konsertləri ləğv edilib. Onun fikrincə, Poznerin dəvəti ölkənin maraqlarına zidd ola bilər.
Beləliklə, dialoq və əməkdaşlıq üçün nəzərdə tutulan forum artıq ictimai narazılıq mövzusuna çevrilib.
18:40 28.08.2025
Oxunuş sayı: 1086