Zelenski: Rusiya növbəti hücumuna görə sərt cavab almalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya qarşı həyata keçirilən və 3-ü uşaq olmaqla 14 nəfərin həyatına son qoyan daha bir Rusiya hücumuna beynəlxalq tərəfdaşların sərt cavab verməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində paylaşım edib.
Prezident əlavə edib ki, "hazırda dünyanın sərt şəkildə cavab verməsi həyati əhəmiyyət daşıyır."
"Rusiya başladığı və davam etdirdiyi bu müharibəni dayandırmalıdır. Atəşkəsi rədd etdiyinə və danışıqlardan yayınmağa davam etdiyinə görə yeni, güclü sanksiyalar tətbiq olunmalıdır. Yalnız bu təsir edə bilər. Ruslar yalnız güc və təzyiqi anlayırlar. Hər bir hücumun cavabı olmalıdır — Moskva nəticələrini hiss etməlidir," – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri avqustun 27-si axşam saatlarında başlayan hücum zamanı Rusiya tərəfindən buraxılmış 563 pilotsuz uçuş aparatını, 1 ədəd "Kinjal" raketini, 7 ədəd "Iskander" və 18 ədəd "X-101" raketini vuraraq məhv edib və ya maneə törədib.
Zayirova Səbiyyə
16:13 28.08.2025
Oxunuş sayı: 712