Türkiyə MN-dən mühüm açıqlama: Ankara Suriya ilə bağlı hərəkətə keçir?

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib ki, Ankara Suriya hökumətinə ölkənin birliyi və ərazi bütövlüyünü qorumaq üçün dəstək göstərəcək.
Nazirliyin açıqlamasında vurğulanıb ki, Suriyanın sabitliyi birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır və bu istiqamətdə atılan addımlar bölgədə sülhə xidmət edir.Məlumatda həmçinin qeyd olunub ki, Türkiyə Suriyanın yalnız ərazi bütövlüyünü və suverenliyini qoruyan, separatçılara qarşı mərkəzləşdirilmiş idarəetmə modeli ilə sabitlik əldə edə biləcəyinə inanır.
Nazirliyin açıqlamasını Crossmedia.az üçün şərh edən hərbi ekspert Ədalət Verdiyev Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada iqtidara gələn qüvvələrlə Türkiyə arasında münasibətlərin kifayət qədər inkişaf etdiyini vurğulayıb: "Suriyanın yeni rəhbəri Əhməd-Əş-Şəəra ölkəsinin demokratikləşməsi və ordunun inkişaf etməsi, onun hava hücumundan müdafiə potensialının artırmaq məqsədilə Türkiyə ilə yaxından əməkdaşlıq edir. Bu məqsədlə bir çox yüksək rütbəli Türk zabiti Suriya ordusunda vəzifələr icra etdiyini də bildirir. Bu müdafiələr əsasən müşavir və məsləhətçi vəzifələridir. Türkiyə Suriya ordusunu Türk ordu modelinə uyğunlaşdırmaq üçün ciddi fəaliyyətlər həyata keçirir".
Ekspertin sözlərinə görə, bu fəaliyətlər Suriya hakimiyyətinin təklifləri və dəvəti əsasında həyata keçirilir: "Belə ki, Suriya ərazisində Türkiyənin hərbi mövcudluğu tamamilə legitim əsaslarla həyata keçirilir. Bu mövcudluq eyni zamanda Suriya ərazisində Türkiyə hərbi bazasının yaradılmasını da nəzərdə tutur. Suriya ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq bu ilin 4 fevralında Suriya prezidenti Əhməd Şaraanın Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı əldə olunan razılaşmalara əsasən həyata keçirilir".
Fatimə Məmmədova
15:40 28.08.2025
Oxunuş sayı: 769