Kim Çen İn Putindən sonra ikinci oldu

Şimali Koreya lideri Kim Çen İn 2019-cu ildən sonra ilk dəfə Çinə səfər edəcək. O, İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb. Bildirilir ki, Kim Çen In Rusiya prezidenti Vladimir Putindən sonra tədbirə dəvət olunan ikinci xarici liderdir. Ümumilikdə, Pekində keçiriləcək mərasimlərə 26 dövlət və hökumət başçısı dəvət edilib.
Qeyd edək ki, hərbi parad 3 sentyabrda Pekində baş tutacaq.
Nihat Tahirov
10:41 28.08.2025
Oxunuş sayı: 794