Tramp MKİ-nin Rusiyaya dair aparıcı ekspertini vəzifədən azad edib

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyaya və Avrasiya regionuna dair əsas mütəxəssisini vəzifədən kənarlaşdırıb.
Crossmedia.az Economist jurnalına istinadən xəbər verir ki, həmin şəxs 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı kəşfiyyat hesabatına nəzarətdə iştirak etmişdi.
Milli kəşfiyyat direktoru Tulsi Qabbard onun, həmçinin daha 36 nəfərin icazəsini geri alaraq onları “Konstitusiyaya xəyanət”də ittiham edib.
MKİ direktoru Con Rətkliff bu addımı dəstəkləyib və qərarı “Obamanın dövründə yaranmış siyasətçiliyin təmizlənməsi” kimi dəyərləndirib.
Pərvin Hacıyeva
11:36 23.08.2025
Oxunuş sayı: 691