Gürcüstanlı soydaşlarımız Göygöldə IV Milli Yaylaq Festivalında iştirak edib




Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə 15-17 avqust tarixində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Gürcüstanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tbilisidə şəhərində fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova, “Ceyran” Rəqs ansamblı, Aşıq Nargilə, Müğənni Dito Kisişvili, aşıq Əfqan, “Şemoxmiandi” gürcü xor qrupunun daxil olduğu 18 nəfərlik nümayəndə heyəti təmsil edib. Alyans Gənclər Mərkəzinin müdavimlərinin əl işləri sərgilənib, gürcü xor qrupunun musiqili çıxışları izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.
12:50 18.08.2025
Oxunuş sayı: 283