Putin Ukraynada münaqişəyə son qoymağın mümkünlüyündən danışıb

ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Vladimir Putin Ukraynada münaqişəyə son qoymağın mümkün olduğunu deyib. Mətbuat konfransında çıxış edən Putin Ukraynanın təhlükəsizliyinin mütləq təmin edilməli olduğunu və Rusiyanın bunun üzərində işləməyə hazır olduğunu deyib.
“Rusiya Ukrayna münaqişəsinə son qoymaqda və Ukraynada münaqişənin həllinin uzunmüddətli olmasını təmin etməkdə səmimi olaraq maraqlıdır. Bugünkü razılaşma təkcə Ukrayna münaqişəsinin həlli üçün deyil, həm də Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası üçün istinad nöqtəsi olacaq.”, - Putin deyib.
Putin Rusiya və ABŞ-ın yeni administrasiyanın gəlişindən sonra ticarət dövriyyəsini 20% artırdığını bildirib.
07:45 16.08.2025
Oxunuş sayı: 769