Xolera Afrikada yenidən yayılır

Afrikada xolera ciddi problemə çevrilməkdədir. Afrika İttifaqına üzv 23 ölkədə xəstəliyin epidemik ocaqları qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, cari ilin ilk 7 ayında 220 min xolera halı qeydə alınıb. Müqayisə üçün, bütün 2024-cü il ərzində bu rəqəm 254 min olub.
Xəstəliyin ən çox yayıldığı ölkələr sırasında Cənubi Sudan, Sudan, Konqo Demokratik Respublikası və Anqola yer alır.
Xumar Emilqızı
13:23 15.08.2025
Oxunuş sayı: 756